...

“Fənərbağça” səfərdə qələbə qazanıb - Superliqa

İdman Materials 9 May 2025 23:32 (UTC +04:00)
“Fənərbağça” səfərdə qələbə qazanıb - Superliqa

Bakı. Trend:

Türkiyə Superliqasında XXXV turun növbəti oyunu keçirilib.

Trend xəbər verir ki, "Başakşəhər" doğma meydanda çempionluq mübarizəsi aparan "Fənərbağça" ilə qarşılaşıb. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sarı lacivərdlilər"in qollarını Mert Müldür, Milan Şkrinyar, Yusuf En-Nesiri və Oğuz Aydın vurublar. "Başakşəhər"də isə Ömər Beyaz fərqlənib.

Bu nəticədən sonra xallarını 78-ə çatdıran "Fənərbağça" ikinci pillədə qərarlaşıb. Meydan sahibləri isə 51 xalla beşinci yerdədir.

Xəbər lenti

Xəbər lenti