Bakı. Trend:
Hindistan təyyarələri Pakistanın üç aviabazasına raket zərbələri endirib.
Trend xəbər verir ki, bunu Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri bəyan edib.
“Hindistan təyyarələri Nur Xan, Murid və Rafiqi kimi tanınan Şorkot aviabazalarına raket zərbələri endiriblər”, - deyə o bildirib.
Çaudri zərbələrin heç bir ziyana səbəb olmadığını deyib.