...

"Liverpul" "Bayer"in müdafiəçisini transfer etmək niyyətindədir

İdman Materials 9 May 2025 05:04 (UTC +04:00)
"Liverpul" "Bayer"in müdafiəçisini transfer etmək niyyətindədir

Bakı. Trend:

"Liverpul" futbol klubu Trent Aleksandr-Arnolda əvəzedici tapıb.

Trend-in məlumatına görə, yay transfer dönəmində komandadan ayrılması gözlənilən Trent Aleksandr-Arnoldun yerini doldurmaq üçün "Liverpul" "Bayer"in müdafiəçisi Jeremi Frimponqu transfer etmək niyyətindədir.

Leverkuzen təmsilçisinin 30 milyon funt qarşılığında futbolçunun keçidinə razılıq verəcəyi bildirilir. Frimponqa həmçinin "Mançester Siti" və "Seltik"in də maraq göstərdiyi qeyd olunur.

Qeyd edək ki, 24 yaşlı niderlandlı müdafiəçi cari mövsümdə 47 matçda meydana çıxaraq 4 qola və 12 məhsuldar ötürməyə imza atıb. Onun "Bayer"lə müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti