...

Hindistan Ərəb dənizindəki Pakistan hədəflərini vurub

Dünya xəbərləri Materials 9 May 2025 03:18 (UTC +04:00)

Bakı. Trend:

İslamabadın hərbi bazalara hücum cəhdindən sonra Hindistan Hərbi Dəniz Qüvvələri Ərəb dənizindəki bir çox Pakistan hədəfinə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə "NDTV" televiziya kanalı mənbələrə istinadən xəbər verib.

Əməliyyatla bağlı əlavə məlumat verilməyib.

Hindistan Silahlı Qüvvələrinin Birgə Müdafiə Qərargahı mayın 8-də "X" sosial şəbəkəsində bildirib ki, Pakistan Hindistanın şimalındakı Cammu və Kəşmirdəki hərbi bazalara raket və pilotsuz uçuş aparatlarından istifadə edərək hücum edib. Təhlükənin zərərsizləşdirildiyi, itkilərin olmadığı qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti