...

Heyvanlar üçün preparat istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilib

Siyasət Materials 9 May 2025 11:33 (UTC +04:00)
Heyvanlar üçün preparat istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Heyvanlar üçün preparat istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

Qanuna əsasən, heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların AQTA tərəfindən qeydiyyatının İqtisadiyyat Nazirliyinin "Lisenziyalar və icazələr haqqında" Qanuna uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında həyata keçiriləcək və qeydiyyatla bağlı yaranan xərclər ləğv edilib.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti