...

AYNA gömrük postlarında keçid üçün dayanan avtomobillərin sayını açıqlayıb

İqtisadiyyat Materials 8 May 2025 17:38 (UTC +04:00)
AYNA gömrük postlarında keçid üçün dayanan avtomobillərin sayını açıqlayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-İran sərhədində yerləşən Biləsuvar gömrük postunda 155 avtomobil gözləyir.

Trend bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

"Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 87, “Qırmızı Körpü” gömrük postunda 500, Mazımqara gömrük postunda 15, Samur gömrük postunda 52 yük maşını var. Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.

AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti