...

Azərbaycanda tikinti şüşəsinin istehsal həcmi açıqlanıb

İqtisadiyyat Materials 9 May 2025 12:42 (UTC +04:00)
Azərbaycanda tikinti şüşəsinin istehsal həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 2,4 milyon kvadrat metr tikinti şüşəsi istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə tikinti şüşəsinin istehsal həcmi 8,9% və ya 231,1 min kvadrat metr azalıb.

Cari ilin aprelin 1-nə hazır məhsul ehtiyatı 1,5 milyon kvadrat metr təşkil edib.

Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-mart aylarında istehsalın ümumi dəyəri 279,8 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz azalıb.

Dövr ərzində təbii asfaltın istehsalı 41,3 faiz, gips məmulatlarının istehsalı 29,2 faiz, beton istehsalı 12,8 faiz, sement istehsalı isə 4 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti