...

Azərbaycanda inklüziv təhsil verilən məktəblərin sayı açıqlandı

Cəmiyyət Materials 8 May 2025 16:53 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 67 ümumtəhsil müəssisəsində inklüziv təhsil həyata keçirilir.

Trend xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov Təhsil TV-də yayımlanan "360 dərəcə təhsil" verilişində deyib.

O bildirib ki, 300-dən artıq sağlamlıq imkanları məhdud uşaq öz tipik inkişaf edən həmyaşıdları ilə bərabər birgə təhsilə cəlb olunub.

“Növbəti mərhələlərdə artıq məktəbəqədər təhsil pilləsində, peşə təhsilində və digər təhsil pillələrində inklüziv təhsilin həyata keçirilməsi nəzərdə tutulub”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti