...

Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 42% artıb

İqtisadiyyat Materials 9 May 2025 13:46 (UTC +04:00)
Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 42% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Yaponiya arasında ticarət əməliyyatlarının həcmi 87,9 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 26 milyon ABŞ dolları və ya 42% çoxdur.

Hesabat dövründə Yaponiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,73%-i həcmində olub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Yaponiyaya 3,1 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 25,6% azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-mart aylarında Yaponiyadan Azərbaycana 84,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 27,1 milyon ABŞ dolları və ya 46,9% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq, 12 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq, 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti