...

Azərbaycan və Türkiyə hərbi dənizçilik sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəlib (FOTO)

Siyasət Materials 8 May 2025 19:57 (UTC +04:00)
Azərbaycan və Türkiyə hərbi dənizçilik sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəlib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Türkiyə arasında mövcud olan hərbi əməkdaşlıq əlaqələrinin davamı olaraq, qardaş ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti ölkəmizə səfər edib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Türkiyə HDQ nümayəndələri Azərbaycan HDQ-nin strukturuna daxil olan müxtəlif hərbi hissələri, gəmiləri və təlim mərkəzlərini ziyarət ediblər. Bu ziyarət zamanı qonaqlara Azərbaycan HDQ-nin fəaliyyəti, döyüş hazırlığı və kadrların peşəkar inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Görüş zamanı hər iki tərəf arasında səmərəli fikir mübadiləsi aparılaraq hərbi dənizçilik sahəsində əldə olunmuş təcrübələrin qarşılıqlı şəkildə paylaşılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində razılıq əldə olunub.

Bu cür görüşlər iki dost və qardaş ölkənin HDQ arasında əlaqələrinin daha da möhkəmlənməsinə, qarşılıqlı anlaşma və etimadın dərinləşməsinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti