Bakı. Trend:
Tərtərdə baş verən qəzada 4 nəfər xəsarət alıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Sarıcalı kəndi ərazisində baş verib.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "Toyota" Prius markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" də olan Tərtər rayon Cəmilli kənd sakinləri 1961-ci il təvəllüdlü Şabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov Elməddin Eldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu və onların həmkəndliləri "Toyota" markalı avtomobildə olan 1955-ci il təvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.