...

“Aerobika gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi”nə yekun vurulub (FOTO)

İdman Materials 9 May 2025 14:37 (UTC +04:00)
“Aerobika gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi”nə yekun vurulub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

8-9 may tarixlərində Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilən “Aerobika gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi”nə yekun vurulub.

Trend xəbər verir ki, gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, üçlük və qrup proqramlarında çıxış ediblər.

Yarışda balacalar və uşaqlar yaş kateqoriyasında gimnastlar fərdi çıxışlarda, böyüklər, gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş kateqoriyasında gimnastlar üçlük proqramda, yeniyetmələr və böyüklər yaş kateqoriyasında gimnastlar qrup proqramlarında yarışıblar.

Çıxış edən iştirakçılara medallar, diplomlar və Azərbaycan Gimnastika Federasiyası tərəfindən hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti