...

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu

İdman Materials 9 May 2025 15:47 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu üçün səsvermə başa çatıb.

Trend UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mükafatı "İnter"in qapıçısı Yann Sommer qazanıb.

Sommer səsvermədə PSJ-nin müdafiəçisi Aşraf Hakimini qabaqlayıb.

Qeyd edək ki, isveçrəli qolkiper "Barselona" ilə yarımfinal mərhələsinin cavab oyununda (4:3) 5-i cərimə meydançası daxilində olmaqla 7 seyv edib.

Xatırladaq ki, Çempionlar Liqasının finalında "İnter" və PSJ üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 31-də Münhendəki stadionda baş tutacaq.

Xəbər lenti

Xəbər lenti