Bakı. Trend:
2026-cı il Qış Olimpiya Oyunları üçün Olimpiya məşəli noyabrın 26-da Qədim Olimpiyada keçiriləcək mərasimdə alovlandırılacaq.
Trend-in məlumatına görə, bu barədə Yunanıstanın Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.
"2025-ci il noyabrın 26-da keçiriləcək "Milan - Kortina d'Ampezzo" 2026-cı il Qış Olimpiya Oyunları üçün Olimpiya məşəlinin yandırılması mərasiminə altı ay qalmış Yunanıstan MOK dekabrın 4-dək davam edəcək Olimpiya məşəli estafetini Yunanıstan ərazisində elan edir. Onun Yunanıstan ərazisindən keçən marşrutu 9 gün davam edəcək, 2,2 min km məsafəni əhatə edəcək və ölkənin 23 prefekturasını və 7 regionunu keçəcək. Tədbir çərçivəsində Olimpiya məşəlinin qarşılanması üçün 36 yerli mərasim keçiriləcək", - deyə bildirilib.
Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək Milanda və Kortina d'Ampezzoda keçiriləcək.