Bakı. Trend:
ABŞ Avropa ilə birlikdə Rusiya və Ukrayna arasında sülhə gətirib çıxaracaq davamlı atəşkəs yaratmağa çalışacaq.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində deyib.
"Hər həftə [Ukraynada] minlərlə gənc əsgər ölür və hamı bunun dayandırılmasını istəməlidir. Mən bunu istəyirəm, Amerika Birləşmiş Ştatları da bunu istəyir. Prezident kimi mən avropalılarla birlikdə Rusiya və Ukrayna arasında sülhün bərqərar olması üçün çalışacağam və bu, davamlı sülh olacaq!", - deyə o bildirib.
ABŞ prezidenti qeyd edib, bu atəşkəs sonda sülh razılaşmasına gətirib çıxarmalıdır.