...

Aİ-nin Rusiya qarşı növbəti sanksiyalar paketi mayın 20-də qəbul oluna bilər

Dünya xəbərləri Materials 9 May 2025 01:31 (UTC +04:00)
Aİ-nin Rusiya qarşı növbəti sanksiyalar paketi mayın 20-də qəbul oluna bilər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 17-ci sanksiyalar paketi mayın 20-də qəbul oluna bilər.

Trend-n məlumatına görə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Varşavada Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra deyib.

"17-ci paketə gəlincə, biz onu mayın 20-də baş tutacaq Xarici Əlaqələr Şurasında qəbul etmək niyyətindəyik", - deyə o bildirib.

O, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin növbəti mərhələsinin Aİ-yə üzv dövlətlər tərəfindən hələ razılaşdırılmadığını qeyd edərək təfərrüatlara varmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti