...

Tramp Robert Prevonu Papa seçilməsi münasibətilə təbrik etdi

Siyasət Materials 8 May 2025 21:48 (UTC +04:00)
Tramp Robert Prevonu Papa seçilməsi münasibətilə təbrik etdi
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Robert Prevonu yeni Roma Papası seçilməsi münasibətilə təbrik edib.

Trend xəbər verir ki, D.Tramp bununla bağlı "X" hesabında paylaşım edib.

"Papa seçilən kardinal Robert Frensis Prevonu təbrik edirəm. İlk Amerikalı Papa olmaq nə qədər şərəflidir. Nə qədər həyəcanlı hadisədir və ölkəmiz üçün böyük şərəfdir. Mən Papa XIV Leo ilə görüşməyi səbirsizliklə gözləyirəm. Bu, çox əlamətdar bir an olacaq", - o bildirib.

Qeyd edək ki, Amerikalı kardinal Robert Prevo yeni Roma Papası oldu. o, XIV Leo adını götürüb. R.Prevo tarixdə ABŞ-dan olan ilk Papadır. O, 1955-ci ildə Çikaqoda anadan olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti