Bakı.Trend:
Son beş ildə ölkə olaraq çox hadisələr yaşadıq.
Trend xəbər verir ki, bunu "Bakı Ekspo Mərkəzi"ndə keçirilən "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva deyib.
F. Əliyeva bildirib ki, pandemiya, müharibə, torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin bərpası kimi hadisələr oldu.
“İnsanların həyat keyfiyyəti yüksəldi. Biz artıq 2019-cu ildəkindən fərqli idarəçilər axtarırıq”, - deyə F. Əliyeva qeyd edib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.