...

Mingəçevirdə yaşayış binasında yanğın olub, 1 nəfər xilas, 10 nəfər təxliyə olunub

Hadisə Materials 11 Dekabr 2017 00:31 (UTC +04:00)
Mingəçevirdə yanğın qeydə alınıb
Mingəçevirdə yaşayış binasında yanğın olub, 1 nəfər xilas, 10 nəfər təxliyə olunub

Bakı. Trend:

Mingəçevirdə yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 20 m2 olan 1 otaqlı mənzildə 6 m2 sahədə ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunub və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti