Bakı. Trend:
Masallı rayonunda qaraj yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Banbaşı kəndində ümumi sahəsi 25 m² olan qarajın taxta atmaları 8 m² sahədə və içərisinə yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. Qarajın, ot bağlamalarının qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.