...

Azərbaycanın iki kəndinin adı dəyişdiriləcək

Siyasət Materials 6 Fevral 2008 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın iki kəndinin adı dəyişdiriləcək. Milli Məclisin Regional məsələlər daimi komissiyasının çərşənbə günü keçirilən iclasında Salyan rayonunun Aydın Gün kəndinin və Uçar rayonunun Kirovkənd kəndinin adının dəyişdirilməsi məsələsi müzakirə olunub.

Komissiyanın sədri Arif Rəhimzadə qeyd edib ki, Salyan rayonunun Aydın Gün kəndinin sakinləri, bələdiyyə və rayon İcra Hakimiyyəti Milli Məclisə müraciət ediblər. Müraciətdə Aydın Gün kəndinin adının Yeni Uluxanlı ilə əvəz olunması xahiş olunub.

Ucar rayonunun Kirovkənd kəndinin sakinləri, bələdiyyə və İcra Hakimiyyəti kəndin Ənvər Məmmədxanlı adlandırılmasını xahiş ediblər.

Komissiya hər iki kəndin adının dəyişdirilməsini təsdiqləyib və məsələnin Milli Məclisdə müzakirəyə çıxarılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti