...

Gəncədə cinayətkar dəstə zərərsizləşdirilib

Siyasət Materials 19 Fevral 2008 12:47 (UTC +04:00)

Azərbaycan, Gəncə, 19 fevral / Trend , müxbir V. Məmmədov/ Gəncə şəhərində oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib. Bu barədə çərşənbə axşamı Trend ə Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Şahin Sadıqov məlumat verib.

Ötən həftə Gəncədə avtomobil hissələrinin oğurluğu ilə məşğul olan daha bir dəstə zərərsizləşdirilib.

Sadıqovun sözlərinə görə, 3 nəfərdən ibarət dəstə fevralın 15-də Gəncə şəhər Yüksəkgərginlikli Elektrik Şəbəkəsinin həyətinə daxil olub və oradan təxminən 400 kq elektrik avadanlıqlarının qoruyucu və ötürücü hissələrini oğurlayaraq aparmağa cəhd göstərib. Polis tərəfindən saxlanılan 1984-cü il təvəllüdlü Elşən Hacıyev, Zaur Abdullayev və 1979-cü il təvəllüdlü Vüqar Pirverdiyev haqqında Cinayət Məcəlləsinin oğurluq (177.2.1) maddəsi ilə cinayət işi açılıb.

Sadıqov bildirib ki, Haciyev şəbəkədə gözətçi vəzifəsində çalışıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti