...

Cənubi Osetiya və Abxaziyanın tanınması məsələsində Rusiya tək qalmayacaq - Dövlət Duması Komitəsinin sədri

Siyasət Materials 5 Sentyabr 2008 18:47 (UTC +04:00)
Cənubi Osetiya və Abxaziyanın tanınması məsələsində Rusiya tək qalmayacaq - Dövlət Duması Komitəsinin sədri

Azərbaycan, Bakı, 05 sentyabr/ Trend , müxbir V.Javoronkova/ Dünyanı Cənubi Osetiyadakı hərbi əməliyyatlardan çox, Cənubi Osetiya və Abxaziyanın tanınması mövzusu maraqlandırır, - cümə günü "Vesti"telekanalının birbaşa efirində RF Dövlət Dumasının beynəlxalq məsələlər üzrə Komitəsinin sədri Konstantin Kosaçev deyib.

Rusiya birtətəfli qaydada Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

"Nikaraqua rəhbərliyinin Cənubi Osetiya və Abxaziyanı tanıması qərarı, hökumətin özünə belə seçim etməsinin nəticəsidir. Məlumatı olan şəxsə aydındır ki, Rusiya bu məsələdə tək qalmayacaq", - Kosaçev bildirib.

Nikaraqua Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bu barədə çərşənbə axşamı ölkə prezidenti Daniel Orteqa bəyan edib.

Kosaçevin sözlərinə görə, Gürcüstan ABŞ-ın maraqlarına uyğun hərəkət etmək istəyib və bu hamı üçün, o cümlədən gürcü xalqı üçün açınacaqlı qurtarıb."ABŞ vitse-prezidenti Riçard Çeyninin Ukrayna, Azərbaycan və baş çəkdiyi digər ölkələr üçün bu məsələ, öz suverenliklərinin, başqa dövlətlərlə, məsələn, Rusiya ilə münasibətlərinin qorunması üçün çox vacibdir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti