...

Kondoliza Rays: Azərbaycan prezidentinin Vaşinqtona səfəri zamanı strateji münasibətlərin inkişafı üzrə dialoq davam etdiriləcək

Siyasət Materials 8 Aprel 2006 14:18 (UTC +04:00)

ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır və bu istiqamətdə öz səylərini gücləndirir. Trend in verdiyi məlumata görə, bu barədə ABŞ-ın dövlət katibi Kondoliza Rays Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı bəyan edib.

O, ABŞ-ın Azərbaycanın demokratikləşməyə yönələn siyasətini dəstəklədiyini bəyan edib. K.Rays Azərbaycan prezidentinin Vaşinqtona qarşıdakı səfəri zamanı strateji münasibətlərin inkişafı üzrə dialoqun davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

E.Məmmədyarov Amerika tərəfinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı yürütdüyü ardıcıl siyasətə görə minnətdarlığını bildirib.

Nazir Vaşinqtonda rəsmi şəxslərlə apardığı danışıqlardan sonra onların ölkəmizin milli maraqlarına müvafiq olaraq Amerika-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırmaqla bağlı istəklərini ifadə etdiklərini bəyan edib. "Amerika tərəfi prezident İlham Əliyevin ölkə və regionla bağlı uzaqgörən strateji siyasətini dəstəkləyir. ABŞ antiterror koalisiyasının güclənməsində səylərinə görə Azərbaycana minnətdardır. Onlar bizə regional lider kimi baxırlar", -deyə E.Məmmədyarov bildirib.

Xəbər lenti

Xəbər lenti