...

Azərbaycan Dillər Universiteti rəhbərliyinin tələbələrlə görüşü keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Dekabr 2016 09:59 (UTC +04:00)
Azərbaycan Dillər Universiteti rəhbərliyinin tələbələrlə görüşləri keçirilib.
Azərbaycan Dillər Universiteti rəhbərliyinin tələbələrlə görüşü keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev və universitet rəhbərliyinə daxil olan şəxslər Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili), Tərcümə, Filologiya və Jurnalistika, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri ilə görüşlər keçirib.

ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, 21-28 dekabr 2016-cı il tarixlərində keçirilən görüşlərdə 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının şəffaf və normativ sənədlərə uyğun keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Ə.Abdullayev imtahan sessiyası dövründə yarana biləcək hər hansı problemi dərhal araşdırmaq və müvafiq tədbirlər görmək məqsədi ilə universitetdə Operativ Qərargah yaradıldığını tələbələrin nəzərinə çatdırıb. O, tələbələri əmin edib ki, biliyin qiymətləndirilməsində obyektivlik və şəffaflıq tam təmin ediləcək, imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün ciddi tədbirlər görüləcək.

Görüş zamanı tədrisin keyfiyyətinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, asudə vaxtın səmərəli təşkili və s. məsələlərlə bağlı təkliflər dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti