Bakı. Trend:
Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyinat olub.
Trend-in məlumatına görə, Baş Prokuror Kamran Əliyevin əmri ilə ədliyyə müşaviri Hümbətov Elnur Akif oğlu Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini - statistika şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə faktı təstiqləyiblər.