...

Azərbaycanın nümayəndə heyəti "Uşaqların xilası üzrə tədqiqat proqramı" konfransında iştirak edəcək

Cəmiyyət Materials 12 Dekabr 2005 16:56 (UTC +04:00)

Azərbaycanın nümayəndə heyəti "Uşaqların xilası üçün tədqiqat proqramı"na həsr olunmuş konfransda iştirak edəcək. Trend in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin dekabrın 12-də yayılmış press-relizində bildirilir.

Tədbir dekabrın 13-14-də Böyük Britaniyanın London Universitetinin Senat Palatasında keçiriləcək.

Konfransda Azərbaycan tərəfdən səhiyyə naziri Oktay Şirəliyev, elmi-tədqiqat pediatriya institutunun direktoru, Səhiyyə Nazirliyinin beynəlxalq münasibətlər şöbəsinin baş mütəxəssisi Samir Abdullayev iştirak edəcək.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Con Vok Linnin də iştirak edəcəyi tədbirin gedişində "Belacio Lanset - Uşaqların xilası" proqramı üzrə məsələlər müzakirə olunacaq, uşaqların xilası və uşaq ölümünün azaldılması üzrə digər proqramlar da müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti