...

"Azərbaycanda inzibati hüquq islahatı" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 25 Aprel 2006 12:14 (UTC +04:00)

Mayın 3-də Bakıda "Azərbaycanda inzibati hüquq islahatı" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə Trend ə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Bakı ofisindən məlumat verilib.

Konfrans "Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" layihəsi çərçivəsində keçiriləcək. Tədbirdə 2007-ci ilin yanvar ayında qüvvəyə minəcək "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun təqdimatı olacaq.

Konfransın işində Milli Məclisin, 18 nazirliyin, Hərbi Komissarlığın və digər dövlət qurumların səlahiyyətliləri ilə yanaşı Almaniyanın, İsveçrənin, Niderlandın və digər ölkələrin nümayəndələri də iştirak edəcəklər.

Tədbirdə həmçinin Avropa dövlətlərinin bu sahədəki təcrübəsindən və Avropa Şurasının inzibati hüquq sahəsindəki fəaliyyətindən söz açılacaq.

Mayın 4-5-də Ədliyyə Nazirliyinin Hüquq və Tədris Mərkəzində "Azərbaycan Respublikasının İnzibati icraat haqqında Qanununa giriş" mövzusunda 4 seminar keçiriləcək.

Seminarlar alman və holland mütəxəssisləri tərəfindən aparılacaq.

Xəbər lenti

Xəbər lenti