...

2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb

İqtisadiyyat Materials 15 Fevral 2023 14:06 (UTC +04:00)
2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar ayının yekunlarına görə, Azərbaycanın xarici ticarət dövriyyəsi 2022-ci ilin yanvar ayı ilə müqayisədə 19 faiz, yaxud 772 milyon dollar azalaraq 4,061 milyard dollardan 3,289 milyard dollara düşüb.

Trend-ə bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) deyilib.

İdarənin məlumatına görə, xarici ticarət dövriyyəsində ixrac 1,877 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin analoji ayı ilə müqayisədə 1,21 milyard dollar və ya 1,64 dəfə azdır. Xarici ticarət dövriyyəsində ixracın payına ötən ilki 76 faizlə müqayisədə 57,06 faiz düşüb.

Hesabat dövründə Azərbaycanda idxal illik hesablamada 974,86 milyon dollardan 437,83 milyon dollar və ya 44,9 faiz artara 1,412 milyard dollardan yuxarı olub. Xarici ticarət dövriyyəsində idxalın payına ötən ilki 24 faizlə müqayisədə 42,94 faiz düşüb.

Nəticədə hesabat dövründə xarici ticarət dövriyyəsinin saldosu müsbət olaraq qalmaqla illik hesablamada ötən ilki 2,112 milyard dollarla müqayisədə 1,648 milyard dollardan çox və ya 3,5 dəfə azalaraq 464 milyon dollara çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti