Azərbaycan, Bakı, 11 oktyabr/ Trend , müxbir N.İsmayılova/ Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi "Biyan" SC səhmlərinin 85,67 faizini müsabiqəyə çıxarıb. Bu barədə şənbə günü Dövlət Komitəsindən bildiriblər. Sərmayə müsabiqəsinə çıxarılan standart paketin 85 faizi və səhmlərin əmək kollektivi üzvlərinə güzəştli satışından qalan 0,67 faizi paketə daxildir.
Müəssisə biyan kökü plantasiyalarının yaradılması, onların hazırlanması və satılması üzrə ixtisaslaşır. Sərmayədarın vəzifəsinə istehsal keyfiyyətinin artırılması daxildir. Buna görə təqdim olunan sərmayə proqramında yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin açılması və işçilərin sosial təminatı üzrə təkliflər nəzərdə tutulmalıdır.
Bununla yanaşı, təqribən 7 min özəlləşdirmə çekinin hesabdan silinməsi üçün (xarici sərmayədarlar üçün də bərabər sayda) dövlət büdcəsi və Dövlət Komitəsinə 70 min manat verilməsi üzrə təklif olmalıdır. Müsabiqə öhdəliklərinin yerinə yetirilməsinə dair sərmayədarın niyyətinin ciddiliyinin təsdiq edilməsi üçün, iddiaçılar təqribən 25 min manat məbləğində istənilən bankın zəmanət kağızını təqdim etməlidirlər.
Onlar müəssisənin özəlləşdirmə planı ilə tanış ola və Bakı, Y.Səfərov küçəsi, 20,otaq .810, telefon: 490-24-08 (242) ünvanından 2008-ci il 11 noyabr saat 10.00-dan 17.30-dək müsabiqə bardə əlavə informasiya əldə edə bilərlər. Sənəd və təkliflər noyabrın 11-dək saat 10.00 - dan 17.30 - dək qəbul olunur. Təkliflərin qiymətləndirilməsi prosesi 2008 - ci il noyabrın 14 - də saat 10.30-da keçiriləcək.
SC-nin Nizamnamə kapitalı, hər bir səhmin nominal dəyəri 2 manat olmaqla, 86 380 manat təşkil edir. Müəssisə 1993-cü ildə istismara verilib. Onun öhdəlikləri 26075 manat, o cümlədən əmək haqqı üzrə borcları 9764 manattəşkil edir. Müəssisənin debitor borcları 34000 manat təşkil edir.
"Biyan" SC - nin işçilərinin sayı 11 nəfərdən ibarətdir.
Noyabrın 11-nə olan cari məzənnə 0,8099 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]