...

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin hazırda 10-dan çox layihəsi var - Yusif Abdullayev

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2024 12:55 (UTC +04:00)
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin hazırda 10-dan çox layihəsi var - Yusif Abdullayev
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Quba. Trend:

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin hazırda 10-dan çox layihəsi var.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumunda deyib.

"Özbəkistan Azərbaycanla müştərək fonda investisiya qoyur. Getdikcə daha çox yeni layihələr həyata keçirəcəyimizə çox ümid edirik", - deyə o bildirib.

Y.Abdullayev qeyd edib ki, ilin sonunadək daha bir böyük tədbirin keçirilməsi planlaşdırılır.

"Bildiyiniz kimi, iyul ayında hökumətlərarası komissiya keçiriləcək", - deyə Y.Abdullayev əlavə edib.

Onun sözlərinə görə, bu iki ölkə arasında münasibətlərin inkişafının yeni mərhələsi olacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti