...

Yaponiya şirkəti Azərbaycanın mühəndis-ekoloji şirkəti ilə əməkdaşlıq etmək istəyir

Energetika Materials 25 İyul 2009 17:11 (UTC +04:00)
Yaponiyanın “İT ECO Engineering” şirkəti gələcəkdə Azərbaycanın Ekol Muhəndislik Xidmətləri QSC-si ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib.

Azərbaycan, Bakı, 25 iyul / Trend /

Yaponiyanın "İT ECO Engineering" şirkəti gələcəkdə Azərbaycanın Ekol Muhəndislik Xidmətləri QSC-si ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib. Bu barədə QSC-nin məlumatında deyilir.

Yaponiya şirkətinin nümayəndə heyəti Bakıya bu yaxınlardakı səfəri zamanı QSC-nin istehsalat sahələrinə baş çəkib və müasir texnologiyaların tətbiqi ilə keçirilən texnoloji proseslərlə tanış olub.    

"IT ECO Engineering" həmçinin ilin sonuna qədər monitorinqdə və ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) neft və neft məhsulları ilə çirklənmiş mədən sahələrinin təmizlənməsində iştirak üçün öz təklifini təqdim edə bilər. Bunu bir müddəv əvvəl ARDNŞ-dəki mənbə deyib.  

Bu layihə reallaşacağı təqdirdə Yaponiya tərəfi monitorinq aparacaq və şəxsi vəsaiti hesabına seçilmiş əraziləri təmizləyəcək. Hələlik bu məsələ barədə rəsmi razılıq yoxdur.

"IT ECO Engineering"-in müəyyən təklif təqdim edərsə, ARDNŞ əməkdaşlığa hər cür kömək göstərməyə və bu layihənin reallaşmasına yardım etməyə hazırdır, - mənbə əlavə edib.

2006-cı il martın 1-də Abşeron yarımadasında mövcud olan ekoloji problemləri həll etmək üçün yaradılan Ekol Mühəndislik Xidmətləri QSC-də ARDNŞ-in iştirakı 51 faiz, Lancer S.A. Services-in iştirakı isə 49 faizdir, - ARDNŞ-in rəsmi internet saytında deyilir.

Xəbər lenti

Xəbər lenti