...

ARDNŞ Santa Barbara markalı neftin satışına hazırlaşır

Energetika Materials 3 Mart 2011 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir E.İsmayılov/

Yaxın vaxtlarda ARDNŞ ( Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Venesuelanın Santa Barbara markalı neftinin alınmasına və onun Amerika ölkələri bazarlarında satışına başlayacaq. Bu barədə cümə axşamı ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, Belarus tərəfi ARDNŞ-dən Azeri Light markalı nefti almağa başlayıb. Bu həftə ARDNŞ ilə Venesuela tərəfinin nümayəndələri arasında görüş keçiriləcək. Həmin görüşün yekunları üzrə Dövlət Neft Şirkəti Venesuelanın Santa Barbara markalı neftinin alınmasına və onun Amerika ölkələri bazarlarında satışına başlayacaq.

"Belarus tərəfi artıq bizdən Azeri Light neftinin bir neçə partiyasını alıb. Bu həftə Belarusda ARDNŞ ilə Venesuela tərəfinin nümayəndələri arasında görüş keçiriləcək. Və biz Venesuelanın Santa Barbara markalı neftinin alınmasına və onun Amerika ölkələri bazarlarında satışına başlayacağıq", - Abdullayev bildirib.

Azərbaycandan neft tədarükünə dair müqavilə Belarus Neft Şirkəti və ARDNŞ arasında bağlanıb. Müqaviləyə əsasən, 2011-ci ildə 4 milyon tonadək neft tədarük ediləcək. Neft "Cənub" limanına, sonradan Odessa-Brodı və "Dostluq" boru kəməri nəqliyyatı ilə Mozır NEZ-ə çatdırılacaq. Odessa-Brodı neft kəmərindən istifadə etməklə karbohidrogen xammalının göndərilməsinə dair müqavilə "Belarus Neft Şirkəti" QSC və "Ukrtransnafta" ASC arasında bağlanıb. Azərbaycan neftinin Belarusa tədarükü Venesueladan xammal tədarükü ilə eyni vaxtda həyata keçiriləcək.

Ukrayna vasitəsilə Belarusa neft nəqli Azərbaycan üçün Karib hövzəsi və ABŞ bazarına çıxış imkanı yaradır. Bu, Belarus, Venesuela və Azərbaycan tərəfləri arasında "swap" nəqlinə dair razılaşma ilə bağlıdır.

Venesuelanın Minsk qarşısında Belarus NEZ-lərinin təminatı üçün neft nəqlinə dair öhdəlikləri var. Lakin bu layihənin gerçəkləşməsi neftin nəqli üçün əhəmiyyətli dərəcədə xərclər tələb edir.

"Swap" müqavilədə Azərbaycandan Belarusa neft nəql etməyə və öz növbəsində Venesuela neftini Cənubi Amerikada ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) verməyə imkan verir. ARDNŞ-ni xüsusilə Venesuela neftinin Santa Barbara növü maraqlandırır və bu növü şirkət Amerika bazarı, əsasən də Şimali Amerika bazarında Venesuelanın Belarusa nəql edəcəyi həcmdə gerçəkləşdirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti