...

bp şirkəti ilə enerji tərəfdaşlığının inkişafı müzakirə edilib (FOTO)

Energetika Materials 19 İyun 2025 14:20 (UTC +04:00)
bp şirkəti ilə enerji tərəfdaşlığının inkişafı müzakirə edilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovla bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, örüşdə şirkətlə neft-qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib.

Bildirilir ki, müxtəlif enerji növlərindən istifadənin enerji təhlükəsizliyi, ətraf mühitin qorunması və davamlılıq məsələlərinin həllində mühüm rolu vurğulanıb. Bu kontekstdə Azərbaycanın nümunəvi ölkə olduğu, bp şirkəti ilə neft-qaz sahəsində başlayan əməkdaşlığın hazırda bərpa olunan enerji layihəsi - “Şəfəq” günəş elektrik stansiyası ilə uğurla davam etdirilməsi xüsusi qeyd edilib.

Söhbət zamanı mövcud enerji layihələrinin inkişafı, həmçinin “yaşıl enerji” dəhlizi və interkonnektorlarının icrası nəzərdən keçirilib. Qlobal enerji bazarlarında inkişaf tendensiyaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə nümayəndə heyətinin tərkibində iştirak edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə təyin olunmuş yeni regional prezidenti Ciovanni Kristofoliyə gələcək fəaliyyətində dəstək ifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti