...

Azərbaycan Dövlət Neft Şirkəti sertifikasiya departamenti yaradıb

Energetika Materials 3 Mart 2007 15:07 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycanın Dövlət Neft Şirkətində təlim və sertifikasiya departamenti yaradılıb. Bu orqanın ADNŞ-nin beynəlxalq standartlara keçiddə baza rolunu oynayacağı nəzərdə tutulub. Bu barədə ADNŞ-nin prezidenti Rövnəq Abdullayev Beynəlxalq Standartalaşdırma Təşkilatının (ISO) baş katibi Alan Brayderlə görüşündə məlumat verib.

ISO rəhbərinin sözlərinə görə, beynəlxalq standartların tətbiqi Azərbaycanda hasil olunan neft və istehsal olunan neft məhsullarının dünya bazarına çıxma prosesində vacib addımlardan biridir.

A.Brayder ADNŞ prezidentinin diqqətinə şirkətin ISO -nun neft-qaz sənayesi, neft emalı və qaz kəmərlərinin çəkilməsi, həmçinin texniki standartlar sahəsində komitələrində iştirakının böyük xeyir gətirəcəyini çatdırıb.

R.Abdullayevin sözlərinə görə, ADNŞ şirkətin beynəlxalq standartlara keçməsinin zəruriliyini görür. Hazırda şirkət buxalter hesabı, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi üzrə beynəlxalq standartldara keçməsi üçün layihələr həyata keçirir. 2002-ci ildən etibarən ISO 9001, 14001, 18001 sertifikatlarını "Xəzərdənizneftqaztikinti" tikinti tresti, "H.Əliyev adına" Bakı neft emalı zavodu, "Dənizneftqazlayihə" Dövlət Elmi-Tədqiqat Layihə İnstitutu, sosial inkişafın idarə olunması tədris mərkəzi alıb.

Xəbər lenti

Xəbər lenti