...

"Instagram" və "WhatsApp"ın işində problemlər aradan qaldırılıb (ƏLAVƏ OLUNUB)

Telekommunikasiya Materials 19 Mart 2021 23:01 (UTC +04:00)
"Instagram" və "WhatsApp"ın işində problemlər aradan qaldırılıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

"Facebook" şirkətinə məxsus "Instagram" və "WhatsApp" sosial şəbəkələrinin işində müşahidə edilən problemlər aradan qaldırılıb.

Trend-in məlumatına görə, sözügedən sosial şəbəkələrin işi Azərbaycanda da bərpa edilib.

"WhatsApp" messencerinin "Twitter" səhifəsində bununla bağlı açıqlama da verilib: "Səbriniz üçün təşəkkür edirik, bu, çox uzun 45 dəqiqə idi, amma biz qayıtdıq!".

XXX

21:52

"Facebook" şirkətinə məxsus "Instagram" və "WhatsApp" sosial şəbəkələrinin işində problemlər yaranıb.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "Instagram"ın işində texniki problemlər əsasən ABŞ, Almaniya, Böyük Britaniya və digər Avropa ölkələrində, "WhatsApp"ın işində isə əsasən ABŞ, Rusiya, Böyük Britaniya, Meksika, Braziliya, Argentina və digər ölkələrdə müşahidə edilir.

Bildirilir ki, "Instagram"da istifadəçilərin təxminən 76 faizi xəbər lentində, 15 faizi sayta girişdə, 7 faizi isə hesaba daxil olan zaman problemlərlə qarşılaşıblar.

"WhatsApp"da problemlərlə bağlı şikayət edən istifadəçilərin təxminən 71 faizi şəbəkəyə qoşulmada, 26 faizi ismarıcların göndərilməsi və alınmasında, 1 faizi isə hesaba daxil olan zaman problemlərlə qarşılaşıblar.

Qeyd edək ki, sözügedən sosial şəbəkələrin işində Azərbaycanda da problemlər müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti