Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Fələstinə iqtisadiyyatın inkişafı üçün 10 milyon dollar həcmində qrant ayıracaq.
Bu barədə Trend "Resmi Gazete"yə istinadən məlumat verir.
Fələstin və Türkiyə arasında qrant ayrılması haqqında saziş cari ilin sentyabr ayının 17-də imzalanıb.
Ayrılacaq vəsaitin bir hissəsi Qəzza sektorunda infrastrukturun yenidən qurulmasına xərclənəcək.