Bakı. Trend:
Bəşər Əsəd dövlət terroru həyata keçirmiş bir terrorçudur.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tunis Prezidenti Beji Kaid əs-Sebsi ilə görüşündə deyib.
R.T.Ərdoğan qeyd edib ki, Suriyada B.Əsədlə əməkdaşlıq etmək qətiyyən mümkün deyil:
"Çünki o, bir milyona yaxın vətəndaşının ölümünə səbəb olmuş bir dövlət başçısıdır. Suriya xalqı belə birini rəhbər görmək istəyərmi? Açıq şəkildə deyirəm: Əsəd əslində dövlət terroru həyata keçirmiş bir terrorçudur".