...

Qazaxıstanda iğtişaşlar zamanı 400-ə yaxın Milli Qvardiya əsgəri yaralanıb

Dünya xəbərləri Materials 10 Yanvar 2022 00:10 (UTC +04:00)
Qazaxıstanda iğtişaşlar zamanı 400-ə yaxın Milli Qvardiya əsgəri yaralanıb

Bakı. Trend:

Qazaxıstanda baş verən iğtişaşlar zamanı Milli Qvardiyanın 400-ə yaxın əsgəri yaralanıb.

Trend-in məlumatına görə, bunu ölkənin daxili işlər nazirinin müavini və Milli Qvardiyanın baş komandanı Ruslan Jaksılıkov deyib.

"Milli Qvardiyanın əsgərləri gecə-gündüz xidmətdədirlər. Almatı, Çimkənd və bir sıra rayon mərkəzlərində asayişin təmin edilməsi zamanı xuliqan kütlə ilə qarşıdurma nəticəsində Milli Qvardiyanın yaralanan əsgərlərinin sayı 394 nəfərə çatıb. Bundan əlavə, kütləvi iğtişaşlar zamanı Milli Qvardiyanın 90-dan çox hərbi texnikasına zərər dəyib", - deyə R.Jaksılıkov bildirib.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Minlərlə insan xəsarət alıb, ölənlər var. Prezident Kasım-Jomart Tokayev kömək üçün KTMT-yə müraciət edib. Sülhməramlılar artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 7-də respublikanın bütün bölgələrində ümumilikdə nizam bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti