Bakı. Trend:
Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.
Bu barədə Trend-ə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, Baş DYP İdarəsi yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir və hərəkət iştirakçılarını bir daha qaydalara ciddi riayət etməyə çağırır.
"Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək hər birimizin təhlükəsizliyinin təminatıdır", - məlumatda qeyd edilib.