...

Polis Akademiyasının bayrağı haqqında Əsasnamə təsdiq edilib

Siyasət Materials 7 Mart 2008 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezident İlham Əliyev martın 6-da "Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bayrağı haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bayrağının təsviri"nin təsdiq edilməsi haqqiında Fərman imzalayıb

Əsasnamədə göstərilib ki, bayraq Polis Akademiyasına Azərbaycan Prezidenti adından təqdim edilir və orada həmişəlik qalır. Polis Akademiyasının adı dəyişdikdə, bayrağın təqdim edilməsi zamanı verilən Azərbaycan Prezidentinin Təqdimatına yazılır və bayrağın üzərinə həkk olunur. Bayrağın qorunmasına Polis Akademiyasının rəisi və digər məsul şəxsləri cavabdehdirlər.

Xəbər lenti

Xəbər lenti