...

Türkiyə İsrailin etibarlı strateji tərəfdaşıdır – prezident Şimon Peres

Siyasət Materials 30 İyul 2008 16:21 (UTC +04:00)
Türkiyə İsrailin etibarlı strateji tərəfdaşıdır – prezident Şimon Peres

İsrail, Qüds, 30 oktyabr/ Trend , müxbir A.Qut/ Türkiyə onilliklər ərzində Yaxın Şərqdə İsrailin etibarlı strateji tərəfdaşıdır, - Təl-Əvivdə Türkiyənin Müstəqilliyinin 85-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən İsrail prezidenti Şimon Peres bəyan edib. Peresin rəyinə görə, böyük Atatürkün Türkiyə Cümhuriyyətini yaratması Yaxın Şərqdə çox əlamətdar hadisə olub.

Peres vurğulayıb ki, müasir Türkiyə Cümhuriyyəti islam dünyasının, Avropanın gələcəyinin böyük ümididir. "Türkiyə müsəlman dünyasının dünyəvi demokratik ölkəsidir. O bütün dünyaya sübut edib ki, islam ənənələrini qorumaq və müasir, yeniləşmiş ölkə olmaq olar, islam ölkəsi olaraq sabitliyə, sülh və iqtisadi çiçəklənməyə can atmaq, demokratik institutları inkişaf etdirmək olar", - Peres bildirib.

Türkiyə - İsrail münasibətlərinin müasir səviyyəsini qiymətləndirən İsrail prezidenti onları vacib və strateji adlandırıb. "Bizim Türkiyə ilə iqtisadiyyat və təhlükəsizlik sahəsində güclü strateji münasibətlərimiz var. Türkiyə Fələstin Muxtariyyətinin infrastrukturunun tikilməsində, Cenina və Hevron yaxınlığındakı Tarkumiyə rayonunda iri sənaye - ticarət zonalarının yaradılmasında fəal iştirak edir", - İsrail prezidenti bildirib.

Türkiyənin İsraildəki fövqəladə və səlahiyyətli səfiri Namik Tan bəyan edib ki, İsrail və Türkiyə arasında ciddi və hərtərəfli strateji əməkdaşlıq mövcuddur. "İsrail və Türkiyə arasında mədəni əlaqələr var. Biz Türkiyə Mədəniyyət Mərkəzini yaradırıq. Onun binası nə zamansa Osmanlı İmperiyası hakimiyyətinə məxsus olub", -  səfir bildirib. Türkiyəli diplomatın sözlərinə görə, Mədəniyyət Mərkəzi Türkiyə prezidenti Abdullah Gülün iştirakı ilə gələn ilin əvvəlində açılacaq.

Türkiyənin İsraildəki diplomatik missiyası rəhbərinin sözlərinə görə, ölkələr arasında iqtisadi münasibətlər yüksək səviyyədə olsa da, Türkiyə-İsrail münasibətlərinin potensialı tam realizə edilməyib. "İsrail bizim regionda vacib strateji tərəfdaşımızdır. Yalnız bu il ölkələr arasında ticari-iqtisadi dövriyyə 2,7 mlrd. dollar təşkil edir", - Namik Tan bildirib. Diplomatın sözlərinə görə, Türkiyə və İsrail sabit, çiçəklənən və dinc Yaxın Şərqin lehinə çıxış edirlər. Onun sözlərinə görə, Suriya və İsrail arasında danışıqlar Ankaranın fəal diplomatik fəaliyyətinin nəticəsi olub.

"Eylat vasitəsilə (Qara dənizdə) enerji ehtiyatlarının Ceyhandan Uzaq Şərq ölkələrinə nəqli layihəsi ölkələrimiz üçün vacib strateji layihədir, - türkiyəli səfir bildirib. Tarixdə müxtəlif geosiyasi peripetiyalara baxmayaraq, Türkiyə heç zaman İsraillə diplomatik münasibətlərini kəsməyib. Bu, yəhudi və türk xalqlarının qarşılıqlı hörmət və etibarını bir daha sübut edir", - Namik Tan bildirib.

Təl-Əvivdə Türkiyənin Müstəqillik Gününə həsr olunmuş bayram tədbirlərində Knessetin spikeri Daliya İtsik, İsrailin müdafiə naziri Ehud Barak, Türkiyənin müdafiə naziri Vəcdi Gönül, İsrail Baş Qərargahının rəisi Qabi Aşkenazi, İsrailin siyasi və iqtisadi elitasının nümayəndələri, İsrail Azərbaycanlıları Konqresinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti