...

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşmüşdür

Siyasət Materials 1 Mart 2011 23:01 (UTC +04:00)
Martın 1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşmüşdür.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşmüşdür

Martın 1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşmüşdür.

Trend-in məlumatına görə, Mehriban xanım Əliyeva YUNİSEF ilə birgə həyata keçirilən layihələrin uğurla icra olunduğunu bildirmişdir. Birgə əməkdaşlıq çərçivəsində ana südü ilə qidalanma və anemiyanın profilaktikası, həmçinin məhdud fiziki imkanlı uşaqlara xüsusi qayğı ilə bağlı həyata keçirilən layihələrin davamını müsbət qiymətləndirmişdir.

Görüşdə yaxın gələcəkdə bu mövzuda keçiriləcək beynəlxalq konfransa hazırlıq və təklif olunan digər layihələr müzakirə olunmuşdur.

Xəbər lenti

Xəbər lenti