...

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Siyasət Materials 26 Noyabr 2021 09:01 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə başsağlığı verib.

Trend-in məlumatına görə bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində paylaşımda bildirilib.

“Rusiya xalqına, "Listvyajnaya" mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”- paylaşımda qeyd edilib.

Xatırladaq ki, Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti