...

Baş prokuror Kamran Əliyev Moskvada iranlı həmkarı ilə görüşüb

Siyasət Materials 12 Yanvar 2022 15:52 (UTC +04:00)
Baş prokuror Kamran Əliyev Moskvada iranlı həmkarı ilə görüşüb

Bakı. Samir Əli - Trend:

Moskvaya işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə ikitərəfli görüş keçirib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-İran əlaqələrinin bu gün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilib.

Tərəflər qurumlar arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri, mütəşəkkil cinayətkarlığın, o cümlədən kibercinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi, ekoloji sahədə hüquqpozmaların, habelə cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması ətrafında səmərəli müzakirələr aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti