Bakı. Trend:
"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen, Las Veqas Qran-prisində yarışın beşinci yeri ilə bitməsinə baxmayaraq, ardıcıl olaraq dördüncü dəfə "Formula 1" üzrə dünya çempionu olub.
Trend-in məlumatına görə, ABŞ-da keçirilən yarışda "Mercedes" komandasında yarışan Corc Rassel birinci yeri tutub. Komanda yoldaşı Lyuis Hemilton isə ikinci yeri qazanıb.
"Ferrari" komandası sürücüsü Karlos Sayns isə podiumda üçüncü yerə yüksəlib.