Bakı. Trend:
COP29 sazişi kritik və mühüm bir addımdır.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi özünün "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Yeni iqlim maliyyəsi hədəfi Böyük Britaniyanın gələcək rifahı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən qlobal iqlim fəaliyyətini sürətləndirməyə kömək edəcək və planeti pisləşən iqlim böhranından qoruyacaq", - o bildirib.