Bakı. Trend:
Yunanıstanın Saloniki şəhərində cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa Kubokuna start verilib.
Trend-in məlumatına görə, turnirin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazandılar.
Oğlanlar arasında Zeyd Ələsgərov (60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazandı. Fəxri Sahibzadə (66 kq) gümüş, Anar Quliyev (50 kq) və Rüstəm Qasımzadə (55 kq) isə bürünc medal əldə etdilər.
Məhəmmədəli Hüsiyev (55 kq), İlkin Qarayev (60 kq) və Özqan Quliyev (66 kq) 5-ci, Emil Hüseynli (55 kq) isə 7-ci yeri tutdular.