...

Dünya Bankı Bakı şəhərinin inkişaf planının hazırlanmasında Azərbaycana dəstək olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2008 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / " , müxbir Ü.İsmayılova / Azərbaycanın Şəhərsalma və Arxitektura Komitəsi şəhərin yeni inkişaf planının hazırlanması üçün Dünya Bankı ilə danışıqlara başlayıb - cümə günü komitə başçısı Abbas Ələsgərov ilin yekunlarına həsr edilən kollegiyada deyib, rəsmi mətbuat bildirir.

Azərbaycanın Şəhərsalma və Arxitektura Komitəsi 2006-cı il fevralın 28-dən prezident fərmanına əsasən, ləğv edilən Tikinti və Arxitektura Dövləti Komitəsinin bazasında yaradılıb. Komitə 2007-ci ilin mayından fəal fəaliyyətə başlayıb.

Ələsgərovun sözlərinə görə, komitə təşkilatın inkişafı, şəhərsalma və arxitektura sahəsində digər ölkələrin təcrübələrinin tətbiq edilməsi üçün Belarus, Ukrayna, Tatarıstan, Polşa və Koreya ilə danışıqlar aparır.

Ələsgərov deyib ki, komitə 2007-ci ildə Koreyanın Tikinti və Nəqliyyat Nazirliyi ilə tikinti sahəsində əməkdaşlığı nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Xəbər lenti

Xəbər lenti