...

Azərbaycan İnvestisiya Şirkəti ölkənin regionunda külək elektrik stansiyasının tikintisi layihəsini dayandırmağı planlaşdırır

Energetika Materials 15 Fevral 2008 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / " , müxbir İ.Xəlilova/ Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) SC Xızı rayonunda Almaniyanın "NordWind Energieanlagen GmbH" şirkəti ilə birgə reallaşdırılan külək elektrik stansiyasının tikintisi layihəsini dayandırmağı planlaşdırır. Bu barədə AİŞ-in icraçı direktorunun müavini Riad Qasımov məlumat verib.

"Biz "NordWind" tərəfindən layihənin hazırlanması üzrə kifayət qədər iş görüldüyünün şahidi olmadıq. Buna görə, AİŞ çox ehtimal ki, yaxın vaxtlarda memorandumdan çıxacaq" - deyə Qasımov bildirib. 

Onun sözlərinə görə, " NordWind"in təkcə konsepsiyası var, İnvestisiya Şirkətinin onun daha ətrafli işlənməsi, həmçinin layihənin texniki-iqtisadi əsaslandırılması və biznes planı barədə dəfələrlə təkliflərinə baxmayaraq, şirkət tərəfindən hələ də heç bir iş görülməyib.

Bununla əlaqədar AİŞ bu sahədə digər variantları nəzərdən keçirmək niyyətindədir. Bununla yanaşı, İnvestisiya Şirkəti ötən il külək stansiyasının tikilməsinə dair Cənubi Koreyanın STX şirkəti ilə memorandum imzalayıb və bu gün o, artıq bu məsələ üzrə Azərbaycanın Sənaye və Energetika Nazirliyi ilə danışıqlar aparır.

STX-in layihəsi üzrə stansiyanın Qobustanda tikilməsi nəzərdə tutulub. Bura hazırda bu sahə üzrə perspektivli regiondur. 

"Stansiyanın yerləşəcəyi ərazi hələ dəqiqləşdiriləcək, lakin o, çox güman ki, dənizə yaxın yerdə olacaq" - deyə AİŞ-in direktor müavini vurğulayıb.

"Təmirmaşın" ASC ilə Almaniyanın "NordWind Energieanlagen GmbH" şirkəti arasında imzalanan protokol Azərbaycanın Xızı rayonunda 13200 MVt/saat gücündə altı külək stansiyasının tikintisini nəzərdə tutur. Layihə 2007-ci ilin sonlarında başlanmalı idi və birinci mərhələdə 2200 MVt/saat gücündə altı stansiyanın tikintisi, sonra isə onların layihədə göstərilən gücə çatdırılması nəzərdə tutulurdu.

Paralel olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının iştirakının da təklif olunduğu layihənin maliyyələşdirilməsi məsələsi həll olunmuşdu. Azərbaycan İnvestisiya Şirkəti layihədə 20 faiz iştirak payı əldə etməyə hazır olduğunu, Sumqayıt Elektrik Şəbəkəsi isə stansiyadan elektrik enerjisi əldə etmək niyyyətində olduğunu bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: Ilaha

Xəbər lenti

Xəbər lenti